Hindistan Pakistanla sərhəddə artan gərginlik və atışmalar fonunda gəmi əleyhinə raketləri sınaqdan keçirib.
Axar.az xəbər verir ki, bu barədə Hindistan Hərbi Dəniz Donanmasından məlumat verilib.
“Atışların məqsədi uzun məsafələrdə yüksək dəqiqlikli hücum zərbələri endirmək üçün platformaların, sistemlərin və ekipajın hazır olduğunu təsdiqləmək və nümayiş etdirməkdir”, - məlumatda qeyd olunub.