AZ

İranda liman partlayışında ölənlərin sayı artıb

Bakı. TurkicWorld:

26 apreldə İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 28 nəfərə yüksəlib.

Bu barədə TurkicWorld İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, hadisə nəticəsində 6 nəfər itkin düşüb, azı 1139 nəfər yaralanıb.

Ötən gün partlayış nəticəsində baş verən yanğının 90% söndürüldüyü bildirilir.

Seçilən
69
turkic.world

1Mənbələr