Yəmənin “Ənsar Allah” hərəkatı ABŞ döyüş təyyarələrinin martın 15-dən bəri Yəmənə 1200-dən çox hava hücumu təşkil etdiyini açıqlayıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Yəmənin husilərdən ibarət hökumətinin Xarici İşlər Nazirliyi hücumlar nəticəsində yüzlərlə dinc sakinin həlak olduğunu, yüzlərlə insanın yaralandığını, çoxsaylı mülki obyektlərin, o cümlədən yaşayış məntəqələri, limanlar, səhiyyə müəssisələri, su anbarları və tarixi yerlərin dağıdıldığını açıqlayıb.