BAKI, 27 aprel. TELEQRAF
ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı növbəti danışıqlar yaxın iki həftə ərzində Avropa ölkələrindən birində Oman vasitəçiliyi ilə keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) nəşri məlumat yayıb.
Qəzet yazır ki, Ağ Evin rəsmisi keçən şənbə günü Oman paytaxtı Məscatda baş tutan görüşü məhsuldar adlandırıb və növbəti raundun Avropada baş tutacağını bildirib.