SAMUX, 27 aprel. TELEQRAF
Samux rayonunda yol qəzası baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Gəncə-Samux yolunda qeydə alınıb.
Rayon sakiniSamux şəhər sakini Rəşad Əliyevin idarə etdiyi "VAZ 2107" markalı avtomobil Daşkəsən sakini Tahir Sadıqovun idarə etdiyi"VAZ 21 015" markalı maşınla toqquşub. İlkin məlumata görə, qəza zamanı azyaşlı olmaqla 5 nəfər xəsarət alıb.Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.