AZ

“Hakimlərdən üzr istəyirəm” – Antonio Rüdiqer

“Real”ın futbolçusu Antoni Rüdiqer İspaniya kubokunun final oyununun hakimi Rikardo De Burqos Benqoçeadan üzr istəyib. Msport.az xəbər verir ki, “Barselona” həlledici görüşdə Madrid klubunu əlavə vaxtda 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, almaniyalı müdafiəçi texniki zonada referiyə kəskin şəkildə etiraz etib, ona buz torbası atıb. Hakim Rüdiqerə qırmızı vərəqə göstərdikdən sonra da futbolçu sakitləşməyib və Benqoçeanın üzərinə şığıyıb. Onu komanda yoldaşları və məşqçilər sakitləşdirib.

“Mənim dünənki davranışıma heç bir bəhanə yoxdur. Buna görə çox məyusam.

Biz ikinci hissədən başlayaraq çox yaxşı oyun keçirdik. 111-ci dəqiqədən sonra komandama kömək edə bilmədim. Final fitindən əvvəl isə səhvə yol verdim. Bir daha hakimlərdən üzr istəyirəm” – Rüdiqer belə deyib.

Seçilən
13
msport.az

1Mənbələr