AZ

Avropanın daha 3 ölkəsində çempion bəlli oldu

Avropada payız-yaz sistemi üzrə keçirilən futbol üzrə milli çempionatlardan daha üçündə çempionlar müəyyənləşib.

Msport.az xəbər verir ki, Praqa “Slaviya”sı dörd illik fasilədən sonra 8-ci dəfə Çexiyada zirvəni fəth edib.

Ardıcıl dördüncü mövsümdə Şotlandiyanın ən güclüsü olan “Seltik” ölkəsində çempion titullarının sayına görə əbədi və barışmaz rəqibi “Reyncers”ə çatıb – 55.

Nəhayət, “Buduçnost” iki illik fasilədən sonra tarixində 7-ci dəfə Monteneqro çempionluğunu bayram edib.

Qeyd edək ki, daha əvvəl Fransa (PSJ), Yunanıstan (“Olimpiakos”), Serbiya (“Srvena Zvezda”), Şimali İrlandiya (“Linfild”), Uels (TNS), Lüksemburq (“Differdanj”) və San Marinoda (“Virtus”) da 2024/25-ci illər mövsümünün qalibləri bəlli olub.

Seçilən
11
msport.az

1Mənbələr