BAKI, TurkicWorld
Pakistan hərbçiləri şənbə günündən bazar gününə keçən gecə iki ölkə arasında mübahisəli ərazi olan Cammu və Kəşmirin təmas xəttində atəş açıblar.
TurkicWorld xəbər verir ki, bu barədə Hindistanın KİV-i məlumat yayıb.
Məlumata əsasən, atəş səsləri Tutmari-Qali və Rampur bölgələrində eşidilib. Mənbələrin bildirdiyinə görə, Hindistan Ordusunun hərbçiləri cavab atəşi açıblar.
Hadisə nəticəsində itkilər barədə məlumat verilməyib.
Qeyd edək ki, Cammu və Kəşmirdəki Pahalqam şəhərində baş verən terror aktından sonra Hindistan-Pakistan sərhədində atəşkəs razılaşması artıq üçüncü dəfə pozulub.