AZ

Giqqz: “Mançester Yunayted” Raşfordla ayrılsa, daha yaxşıdır”

“Mançester Yunayted”in keçmiş cinah yarımüdafiəçisi Rayan Giqqz “qırmızı şeytanlar”ın Markus Raşfordla vidalaşmasını istəyir.

Arena.az xəbər verir ki, 27 yaşlı ingiltərəli sol cinah hücumçusu son mövsümlərdə ümidləri doğrultmadığı üçün bu mövsüm “Aston Villa”ya icarəyə verilib.

Uelsli veteran futbolçunun fikrincə, MY Markus Raşfordla vidalaşsa, bu, hər iki tərəfin xeyrinə olar:

“Mən düşünmürəm ki, Raşford “Mançester Yunayted”də xoşbəxt idi. İndi o, daha xoşbəxt görünür. Mən düşünürəm ki, onların yollarının ayrılması, həm Markus üçün və həm də “Mançester Yunayted” üçün daha yaxşı olar”, deyə Giqqz vurğulayıb.

Yeri gəlmişkən qeyd edək ki, cari mövümün sonuna qədər müddətə “Aston Villa”da icarə əsasında çıxış edəcək Markus Raşfordun “qırmızı şeytanlar”ın düşərgəsindəki gələcəyinə dair məlumat var. İddiaya görə, Raşford gələn mövsüm “Mançester Yunayted”in heyətində yer almayacaq. Tərəflərin artıq ilkin razılıq əldə etdiyi bildirilir. Detallar barədə ətraflı məlumat verilmir.

Seçilən
10
arena.az

1Mənbələr