Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Babək və Şahbuz rayonlarında müxtəlif ərazilərdə hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.
Nazirlikdən Demokrat.az-a verilən xəbərə görə, məlumatlarla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 76 mm-lik BR-350 və 1 ədəd 85 mm-lik BR-365 zirehdələn top mərmisi, 2 ədəd PQ-7 idarə olunmayan raketin mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd tüstü şaşkası, 10 ədəd PK silahının 7.62 mm-lik mərmisi, 23 ədəd 5.45 mm-lik mərmi, 29 ədəd AKM-74 silahının 7.62 mm-lik mərmisi, 1 ədəd 30 mm-lik AQS-17 silahının mərmisi, 1 ədəd RPQ-7 qumbarası, 2 ədəd 100 mm-lik top mərmisi və 1 ədəd 30 mm-lik AQS-17M silahının mərmisi olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.
10Mənbələr
-
yeniazerbaycan.comBabək və şahbuz rayonlarında xeyli sayda hərbi sursatlar aşkar olunub ( 16810051)
-
bakivaxti.azNaxçıvanda xeyli silah-sursat ələ keçirildi ( 16808445)
-
axar.azNaxçıvanda xeyli silah-sursat ələ keçirildi ( 16808185)
-
olke.azBabək və Şahbuzda hərbi sursatlar aşkar edilib - VİDEO ( 16808077)
-
anews.azBabək və Şahbuz rayonlarında hərbi sursatlar aşkar edilib - Video ( 16808847)
-
anews.azBabək və Şahbuz rayonlarında hərbi sursatlar aşkar edilib - Video ( 16808369)
-
avtosfer.azNaxçıvanda hərbi sursatlar aşkar edildi - FOTO ( 16808049)
-
far.azBabək və Şahbuz rayonlarında hərbi sursatlar aşkar edilib ( 16807921)
-
news365.azNaxçıvanda hərbi sursatlar aşkar edildi - FOTOLAR ( 16807545)
-
demokrat.azBabək və Şahbuzda hərbi sursat tapıldı — VİDEO ( 16807521)