AZ

“28 Mall”a giriş məhdudlaşdırılıb

Texniki səbəblərə görə “28 Mall” Ticarət Mərkəzində işıqlar sönüb.

“28 Mall” Ticarət Mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.

Operativ Media xəbər verir ki, bu barədə Ticarət Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, texniki səbəblərə görə “28 Mall” Ticarət Mərkəzində işıqlar sönüb:

“Təhlükəsizlik məqsədilə ticarət mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.

Günün ikinci yarısında ticarət mərkəzinə daxil olmağın mümkün olacağını düşünürük. Bununla bağlı bir qədər sonra yenidən sizə məlumat verəcəyik.

Bütün komandamız problemin ən qısa zamanda həll edilməsi üçün çalışır”.

Seçilən
10
20
operativmedia.az

10Mənbələr