AZ

Bakının bu hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Bakı. Trend:

Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsiilə Hüseyn Cavid prospektinin kəsişməsində təmir işləriaparılır.

Trend xəbər verirki, təmir işləri çərçivəsində artıq ərazidə frezlənmə (köhnəasfaltın qaşınması) prosesi yekunlaşıb və hazırda yeni asfalt-betonörtüyünün döşənməsi işləri davam etdirilir.

Buna görə də, qeyd olunan kəsişmədə hərəkət müvəqqəti olaraqməhdudlaşdırılıb. Sürücülərdən işlərə anlayışla yanaşmaları vəalternativ küçələrdən istifadə etmələri xahiş olunur.

Təmir işlərinin bu gün axşam saatlarına qədər yekunlaşdırılmasınəzərdə tutulur.

Seçilən
7
4
az.trend.az

10Mənbələr