"Real" İspaniya Kubokunun finalında "Barselona"ya 2:3 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanın sonlarında "kral klubu"nun 3 futbolçusu qırmızı vərəqə ilə cəzalanıb.
Antonio Rüdiger ehtiyat oyunçular skamyasından hakimə buz torbası atıb. Sinirlərinə hakim ola bilməyən almaniyalı müdafiəçi hakimin üstünə yeriməyə çalışıb. Komanda yoldaşları onu güclə sakitləşdirib.
O, bu hərəkətlərinə görə uzunmüddətli cəza ala bilər.
Rüdigerdən başqa Cud Bellinqem və Lukas Vaskes də matçdan sonra qırmızı vərəqə alıblar.