Səhər yeməyi hər zaman günün ən vacib yeməyi sayılıb. Çoxları hesab edir ki, səhərlər vaxtında və keyfiyyətli qidalanmaq vacib şərtdir. Amma buna baxmayaraq, səhərlər qida qəbul etməyənlər də az deyil. Bəziləri bunu iştahasızlıqla əlaqələndirir, digərləri isə bununla çəki artımının qarşısını aldıqlarını düşünürlər. Mütəxəssisimiz isə bildirir ki, səhər yeməyindən imtina barədə göstərilən səbəblərin heç biri düzgün deyil. Səhərlər qida qəbulu mütləqdir. Amma qidanı düşünərək seçmək daha önəmlidir. Səhər yeməyi yeyirik deyə nə gəldi qəbul etmək çox yanlış addımdır.
Bu barədə tanınmış Sağlam qida üzrə bioloq, mütəxəssis Fatimə Xəlilova Moderator.az-a danışdı. O bizimlə söhbətində qidalanarkən əslində doğu bildiyimiz yalnışlardan danışdı.
"Səhər yuxudan oyananda heç nə yemək olmaz, yalnız limonlu ya da almalı su içməyi tövsiyyə edirəm. Səhər duran kimi birinci hüceyrələrimizi qidalandırmalıyıq. Hüceyrələmizin istədiyi bizdən canlı qidalardır. Kofe canlı deyil. İstənilən bir qida bişdisə ya da hər hansısa bir dəzgahdan keçdisə artıq o ölmüş, işlənmiş qida sayılır. Yaxşı olardı ki, səhər yuxudan oyanan kimi 10 dəfə burundan nəfəs alıb, ağızdan verəsiniz. Oksigenlə orqanizmanı qidalandırmaq lazımdır. Sonra su içməliyik ki, bədən oyansın. Səhər duran kimi yemək yemək olmaz. Yalnız su içib, oksigenimizi alandan bir saat sonra biz səhər yeməyimizi yeyə bilərik. Bəzən deyirlər ki, "bu mənə hava, su kimi lazımdır". Deməli, hava- su çox önəmlidir ki, ancaq təəssüflər olsun ki, biz səhər oyanan kimi yeməyə öyrəşmişik.
Yaxşı olardı ki, oksigenimizi aldıqdan bir saat sonra yeyəcəyimiz qidalar canlı qidalar olsun. Mən simuzilərə üstünlük verirəm. Biz gün ərzində axşam saatlarında yeməyimizi yeyib qaraciyərimizi yükləyirik. Səhər oyanar-oyanmaz yemək yeyib qaraciyərimizi yenidən yükləyirik. Biz qidalanarkən simuzilərə üstünlük verməliyik ki, qaraciyərimiz detoks olsun. Qaraciyərə, bağırsağa onları yükləyəcək ağır şeylər göndərməməliyik. Məndən sağlam qida götürənlərə elə qidalar yazıram ki, onlar tox qalır. Belə ki, həmin qidaların tərkibində makro, mikro elementlər olur. Yəni qidalar yalnız göyərtilərdən, meyvələrdən ibarət olmur. Amma yalnız göyərti və meyvədən ibarət simuzi içiriksə bir saat sonra yenidən acırıq.
Səhər yeməyimizin tərkibində zülal, yağ, karbohidrat olmalıdır. Məsələn iki yumurta mütləq yeməliyik. Onun içirisinə gerkulesi, bananı əzib yağlı tavada qızardıb da yeyə bilərsiniz. Kəsmiklə yumurtanı qarışdırıb noxudu, unu mərci unu kimi də bişirib də yemək olar. Səhər yeməyi alternativləri çoxdur. Çalışmaq lazımdır ki, yeməklər arasında 4-5 saat məsafə olsun. Az-az tez-tez yemək düzgün qidalanmaq qaydası deyil".