AZ

La Liqada hamını qabaqladı

İspaniya La Liqasında aprelin ən yaxşı futbolçusu müəyyənləşib. Bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.

Ötən ayın ən yaxşısı adına “Barselona”nın yarımmüdafiəçisi Pedri layiq görülüb. Xatırladaq ki, 22 yaşlı futbolçu ötən ay çempionatda meydana çıxdığı 4 oyunda hər hansı məhsuldar fəaliyyəti ilə fərqlənə bilməsə də, bütün matçlarda ən yaxşılardan olmuşdu.

Pedri fərdi mükafat uğrunda mübarizədə Georgi Mamardaşvili (Valensiya), Xulian Alvares (Atletiko), Xavyer Puado (Espanyol) və Serxi Darderi (Malyorka) arxada qoyub.

Seçilən
7
football-plus.az

1Mənbələr