AZ

Sərxoş sürücü 2 şəhəri işıqsız qoydu

Sərxoş halda avtomobil sürən kişi iki şəhəri işıqsız  qoyub.

News24.az xəbər verir ki, hadisə Uralda baş verib.

Kuşvadan olan Anatoli Potapov içkili vəziyyətdə sükan arxasına keçib və hərəkətdə olarkən idarəetməni itirərək elektrik xəttinin dayağına çırpılıb.

Qəza nəticəsində Kuşva və Yuxarı Tura şəhərinin sakinləri elektriksiz və internetsiz qalıb.

Sərxoş sürücü bir il yarım müddətinə vəsiqəsindən məhrum edilib və 45 min rubl cərimə olunub./tns


Seçilən
10
news24.az

1Mənbələr