AZ

Həyatınızda nəyi dəyişməlisiniz ki, daha xoşbəxt olasınız: şəkil üzrə psixoloji test

"Birinci nəyi gördünüzsə, bu sizə nəyi dəyişməli olduğunuzu göstərəcək..."
 
Dəyişikliklər həmişə asan olmur, amma çox vaxt daha xoşbəxt olmaq üçün zəruridir. Əgər siz də indi həyatınızda hansı sahənin yenilənməyə ehtiyacı olduğunu bilmirsinizsə, sizə qısa bir psixoloji testdən keçməyi təklif edirik. Bu test vacib suallara cavab tapmaqda bir ipucu ola bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri yazıb.
 
Həyatınızda hansı dəyişikliklərin lazım olduğunu anlamaq üçün sadəcə bir anlığa şəkilə baxın və diqqətinizi ilk cəlb edən şeyi deyin.
 
Gördüyünüz ilk şey geniş yarpaqlı bir ağac tacı, yoga pozasında duran qadın fiquru, yoxsa güclü köklər oldumu? Özünüzə qarşı səmimi olun, çünki cavabınızın doğruluğu nəticənin düzgünlüyündən asılıdır.
 
Seçiminizi etmisinizsə, indi onun mənasına və faydalı məsləhətlərə keçək.
 
Ağacın tacı
 
Ağac təbiətin gücünü, sabitliyi və qorunma hissinin rəmzidir. Sizin seçiminiz göstərir ki, siz hazırda komforta və mövcud qaydalara böyük dəyər verirsiniz. Ən kiçik dəyişikliklər belə sizdə müqavimət yarada bilər, çünki sabitlik sizə özünüzü inamlı və vəziyyətə nəzarət edə bildiyiniz hissini verir.
 
Bəlkə də indi məhz rahatlıq zonanızdan çıxmaq və yeni üfüqləri kəşf etmək zamanıdır. Riskdən qorxmayın, amma riskləriniz düşünülmüş olsun. Bu yeni təcrübələr sizə gözlənilməz imkanlar aça və gizli istedadlarınızı üzə çıxara bilər. Özünüzə tanımadığınız şeyləri sınamaq imkanı verin, nəticə sizi təəccübləndirə bilər.
 
Qadın
 
Şəkildə yoga pozasında təsvir olunan qadın daxili "Mən"lə balans və harmoniya rəmzidir. Əgər baxışınız ilk olaraq məhz bu qadına yönəlibsə, bu, zamanınızı və enerjinizi necə bölüşdürdüyünüz barədə düşünməli olduğunuzu göstərir. Ola bilər ki, siz enerjinizi çox xırda işlərə sərf edir və öz ehtiyaclarınızı unudursunuz.
 
Unutmayın ki, özünüzə qayğı göstərmək eqoizm deyil, fiziki və psixoloji sağlamlığınızı qorumaq üçün vacibdir. Həqiqətən sizin üçün önəmli olan işlərə zaman ayırın, prioritetləri düzgün müəyyənləşdirin və həm özünüzlə, həm də ətraf aləmlə harmoniya yaratmağa çalışın.
 
Köklər
 
Əgər ilk diqqətinizi çəkən ağacın kökləri olubsa, bu sizin həyatınızdakı müəyyən şeylərə - yaşayış yerinə, işə və ya bir insana güclü bağlılığınızı göstərir. Lakin bu dərin kök salma artıq inkişafınıza və gerçək arzularınızı həyata keçirməyə mane ola bilər.
 
İndi köhnəlmiş bağlardan azad olmaq və yeni imkanları araşdırmaq üçün əlverişli zamandır. Həddindən artıq asılılıqdan qurtulmaq sizə özünüzü ifadə etməkdə azadlıq və yeni perspektivlər qazandıra bilər. Sizi nəyin saxladığını analiz edin və irəliləmək üçün hansı addımları ata biləcəyinizi düşünün.
Seçilən
8
moderator.az

1Mənbələr