AZ

Taksi sürücüsünün evində tapılan qızlar sığınacağa yerləşdiriləcək

Bakıda itkin düşmüş kimi axtarışları aparılan və 10 gün sonra tapılan 2008-ci il təvəllüdlü H.A və 2007-ci il təvəllüdlü H.R sığınacağa yerləşdiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

"Sənədləşmə işləri aparılır və təhlükəsizlik baxımından, eləcə də reabilitasiya üçün qızlar sığınacağa gətirilir", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışları aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıb. Qızları evində gizlədən, axtarışlarının aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, qızlar aprelin 16-da saat 20 radələrində yaşadıqları ünvandan çıxıb və bir daha geri dönməyiblər.

Bizim.Media

Seçilən
17
1
bizim.media

2Mənbələr