BAKI, 27 aprel. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında XXXII turun daha iki oyunu keçiriləcək.
Teleqraf xəbər verir ki, günün ilk matçında "Səbail" "Araz-Naxçıvan"ı qəbul edəcək.
"ASCO Arena"da baş tutacaq qarşılaşmanın baş hakimi Rəşad Əhmədov olacaq.
Muxtar Respublika təmsilçisi "dənizçilər"lə keçirilən 3 oyunda uduzmayıb. “Səbail” isə doğma meydanda son 2 matçında qələbə qazanmayıb.
Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv 53 xalla 3-cü, Elvin Məmmədovun isə 20 xalla sonuncudur.
Günün digər görüşündə "Sabah" "Bank Respublika Arena"da "Qarabağ"ı qəbul edəcək.
Tural Qurbanovun idarə edəcəyi matçda Ağdam təmsilçisi məğlub olmayacağı təqdirdə çempionluğunu rəsmiləşdirəcək.
“Köhlən atlar” son 9 oyunda qol vurub. Son iki matç heç-heçə bitib.
Qurban Qurbanovun komandası 76 xalla birinci, Vasili Berezutskinin isə 39 xalla 5-cidir.
Qeyd edək ki, turun digər qarşılaşmalarında "Zirə" səfərdə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib. "Turan Tovuz" isə "Şamaxı" ilə evdə bərabərə qalıb - 1:1.
Azərbaycan Premyer Liqası
XXXII tur
27 aprel (bazar)
17:30. “Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elman Musayev
“ASCO Arena”
20:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Bank Respublika Arena”