BAKI, 27 aprel. TELEQRAF
Donald Trampın andiçmə mərasimindən sonrakı ilk 100 gündə ABŞ prezidenti kimi fəaliyyəti 10 amerikalıdan 7-nin gözlədiyi ilə üst-üstə düşüb.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" üçün "NORC" tədqiqat mərkəzi ictimai rəy sorğusu keçirib.
Respondentlərin 10-dan yalnız 3-ü Trampın hərəkətləri ilə gözləntilərinin doğrulanmadığını bildirib. Buna baxmayaraq, sorğu iştirakçılarının 44%-i Trampın fəaliyyətinin prioritet sahələrini səhv müəyyən etdiyinə inanır, 24%-i onun seçimi ilə razıdır. 62% ABŞ-nin Tramp dövründə yanlış istiqamətdə getdiyinə inanır.
Ümumilikdə hər 10 respondentdən 4-ü Trampın prezidentlik fəaliyyətini bəyənir.
Sorğu aprelin 17-dən 21-dək aparılıb və 1200-dən çox amerikalı iştirak edib. Səhv 3,9 faiz bəndi təşkil edib.