İngiltərənin şimalındakı Lids şəhərində əlində arbalet və silah olan şəxs insanlara hücum edib.
Bu barədə “Report” “The Guardian” nəşrinə istinadən xəbər verir.
Qeyd olunub ki, şəhərin Hedingley bölgəsinə çağırılan polis xəsarət alan üç nəfəri aşkarlayıb.
Nəticədə yollar bağlanıb və hüquq-mühafizə orqanlarının əməkdaşları üç nəfəri silah və arbaletlə yaralayan şəxsi saxlamağa nail olublar. Faktla bağlı araşdırma aparılır.