Futbol üzrə İspaniya kubokunun finalında "Barselona" "Real Madrid"lə üz-üzə gəlib.
Redaktor.az xəbər verir ki, gərgin keçən matç Kataloniya klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Barselona"nın heyətində qolları Pedri, Ferran Torres və Jules Kounde vurub. "Real"ın heyətində isə Kylian Mbappe ilə Aurelien Tchouameni fərqlənib.
Turan İSMAYIL