Amerikalı milyarder və Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask X sosial şəbəkəsində Ukrayna Prezidenti Vladimir Zelenskinin diktator tərifinə uyğun gəldiyini bildirən bir paylaşım edib.
Teleqraf xəbər verir ki, paylaşımda Zelenskinin müharibəni bəhanə edərəm demokratik təsisatların, o cümlədən azad mətbuatın fəaliyyətini məhdudlaşdırdığı qeyd olunur.
O bildirib ki, Ukrayna lideri məhkəmə qərarı olmadan Kiyevi tənqid edən telekanalları bağlamağa başlayıb və bunu Rusiya ilə genişmiqyaslı münaqişədən bir il əvvəl edib.
"İstənilən halda o, dərslikdəki diktator tərifinə uyğun gəlir", - paylaşımda deyilir.