Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsi Hüseyn əl-Şeyxin Fələstin Muxtariyyəti rəhbərinin müavini təyin edilməsinə razılıq verib.
Publika.az xəbər verir ki, bu barədə FAT İcraiyyə Komitəsindən məlumat verilib.
“Biz Hüseyn Şəhadə Məhəmməd əl-Şeyxin Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədr müavini və Fələstin Dövlətinin vitse-prezidenti təyin edilməsinə razılıq vermək qərarına gəldik”, - deyə məlumatda bildirilir.
İcraiyyə komitəsi əlavə edib ki , bu qərar Fələstin Mərkəzi Şurasının Ramallahda keçirilən 32 - ci sessiyası zamanı qəbul edilmiş qətnamə əsasında qəbul edilib. Tədbir ötən il aprelin 24-də baş tutub və həmin tədbirdə Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsinin sədr müavini, eləcə də Fələstin Dövlətinin prezidenti vəzifəsinin təqdimatı təsdiqlənib.