Bakı. Trend:
Ötən il Almaniyada polisə qarşı zorakı hücumların sayı artaraq,111 min 496-ya çatıb.
Trend xəbər verir ki, bugöstərici 2014-cü illə müqayisədə 79 faiz çoxdur.
Almaniyada polis əməkdaşları tərəfindən xidmət zamanı açılanölümcül atəş nəticəsində ölənlərin sayı ötən il rekord həddə çatıb.İl ərzində ölkədə 22 nəfər polis əməkdaşlarının açdıqları atəşnəticəsində həyatını itirib. Müqayisə üçün qeyd edək ki, 2023-cüildə bu rəqəm 10 olub. 1991-ci ildən aparılan statistika üzrə ənçox ölüm 2024-cü ildə, ən az ölüm halları isə 2003-cü ildə (3 ölüm)baş verib.
Bu il üçün də ölüm halları xeyli yüksəkdir. İlin əvvəlindən 11nəfər polisin açdığı atəş nəticəsində həyatını itirib. Sonhadisələrdən biri Oldenburq şəhərində baş verib. 21 yaşlı gəncpolis tərəfindən öldürülüb. Hadisədən öncə həmin şəxsin insanlaraqaz spreyi sıxdığı və onları bıçaqla təhdid etdiyi bildirilir.Məhkəmə-tibb ekspertizasının rəyinə əsasən, o, dörd güllə yarasıalıb.
Rəsmi məlumatlara görə, polis əməkdaşlarının atəş açması hallarıəsasən psixoloji problemləri olan və ya narkotik maddələrin təsirialtında olan şəxslərlə qarşıdurmalar zamanı baş verir.