AZ

Azərbaycan süddən hazırlanmış yağların idxalını 42 %-ə yaxın artırıb

Bakı. Trend:

Bu ilin I rübündə Azərbaycana 7 685 ton kərə yağı və süddənhazırlanmış digər yağlar idxal edilib.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu, həcmdə yağın dəyəri53 milyon 721 min ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2268 ton (41,8 %), dəyər baxımından isə 25 milyon 515 min ABŞdolları (90,4 %) çoxdur.

Hesabat dövründə süddən hazırlanmış yağların idxalına çəkilənxərc Azərbaycanın ümumi idxal xərclərinin 0,95 %-ni təşkiledib.

Seçilən
10
3
az.trend.az

10Mənbələr