Arxeoloqlar Misirdə 4400 illikşahzadə məzarı aşkar edibər.
Teleqraf xəbər verir ki, məzardakı nəhəng çəhrayı qapı qədim inanca əsasən ruhların girib-çıxmasına icazə verir.
Məzar eramızdan əvvəl 1000-ci ildə yaşamış şahzadə Userefreyə məxsusdur.
Qapının üzərində “vəliəhd şahzadəsi”, həmçinin “hakim, nazir, iki vilayətin qubernatoru və ruhani” yazıları var.
Misirin Turizm Nazirliyindən verilən açıqlamada çəhrayı qranitdən hazırlanmış nəhəng qapının hündürlüyünün təxminən 4,5 metr, eninin isə 1,2 metr olduğu bildirilib.
Qədim Misirdə qəbirlərdə yalançı qapılara tez-tez rast gəlinirdi, çünki misirlilər ölülərin ruhlarının oradan girib-çıxa biləcəyinə inanırdılar.
Hawassın sözlərinə görə, kişinin mühüm titullara malik şahzadə statusu onun üçün niyə belə saxta qapı tikildiyini izah edir.