AZ

Naxçıvanda avtomobil iki tələbəni vurub

Naxçıvan şəhərində ağır yol qəzası baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “KİA” markalı avtomobil yol qarşı tərəfə keçən 2006-cı il təvəllüdlü Allahverdiyev Amin İntiqam oğlu və Məhərrəmov Zaur Fizuli oğlunu vurub.

Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətləri orta-ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, onların Naxçıvan Dövlət Universitetinin tələbələri olduğu bildirilir.

Seçilən
14
50
report.az

10Mənbələr