AZ

Liqa 1: “Renn” Lionda 4 qola üzüldü, “Monako” xal itirdi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Havr” – “Monako” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Dörd qolun qeydə alındığı “Strasburq” – “Sent Etyen” görüşündə meydan sahibləri inamlı qələbəyə seviniblər. Lion “Olimpik”i isə “Renn”lə ev oyununda darmadağınla qalib gəlib.

31-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
31-ci tur

25 aprel

PSJ – Nitsa 1:3
Qollar: F.Ruis, 41 – Sanson, 34; 46. Ndayişimiye, 70.

26 aprel

Strasburq – Sent Etyen 3:1
Qollar: Moreyra, 7. Emeqa, 63. Bakva, 83 – Davitaşvili, 19.

Havr – Monako 1:1
Qollar: Koka, 22 – Bieret, 61.

Olimpik (Lion) – Renn 4:1
Qollar: Fofana, 8. Tolisso, 25. Lakazette, 39. Mikautadze, 77 – Meyte, 50.

27 aprel

17:00. Anje – Lill
19:15. Lans – Oser
19:15. Monpelye – Reyms
19:15. Nant – Tuluza
22:45. Olimpik (Marsel) – Brest

Seçilən
28
arena.az

1Mənbələr