AZ

Çin bu ölkə yaxınlığındakı adanı ƏLƏ KEÇİRDİ

Çin sahil mühafizəsi Filippin hərbi bazası yaxınlığında yerləşən Cənubi Çin dənizindəki mübahisəli Sandy Cay adasına enib.

Publika.az xəbər verir ki, əməliyyatla bağlı təfərrüatları South China Morning Post (SCMP) qəzeti təqdim edib.

Adaya eniş ayın ortasında baş tutub. Nəşr dəqiq tarix göstərmir.

Dənizçilər Filippinin də iddia etdiyi rif (red: dayaz su sahələrində sualtı və suüstü yüksəkliklər) üzərində suverenlik elan etmək üçün Çin bayrağını açıblar.

Qeyd edilib ki, bu hadisə regionda ən böyük ABŞ-Filippin hərbi təlimləri fonunda Çin, Vyetnam və Filippin arasında münaqişənin kəskinləşməsi riskini artırır.

Seçilən
14
publika.az

1Mənbələr