AZ

Fransa ilə ticarət dövriyyəsi 50%-dən çox azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan ilə Fransa arasında ticarət dövriyyəsi 54 milyon 102 min ABŞ dolları təşkil edib.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 50,7% azalıb.

Hesabat dövründə Azərbaycanın Fransaya ixracı 96,3% azalaraq 2 milyon 179 min ABŞ dolları olub. Fransadan idxal isə 2,65% artaraq 51 milyon 923 min ABŞ dolları təşkil edib.

Fransanın Azərbaycanın ümumi ixracında payı 0,03%, ümumi idxalında isə 0,92% olub.

Maya Hüseynova

Seçilən
26
valyuta.az

1Mənbələr