AZ

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək rütbəli zabitinin oğlu Ukraynada öldü

BAKI, 26 aprel. TELEQRAF

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəqəmsal inkişaf bölməsinin rəis müavini Julian Qalinnanın oğlu Maykl Qloss Ukraynadakı döyüşlərdə ölüb.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian” yazır.

21 yaşlı Maykl 2024-cü ilin aprelin 4-də Şərqi Avropada ölüb.

Maykl ölümündən əvvəl sosial şəbəkədə çoxqütblü dünyanı dəstəklədiyini yazıb.

"Evdən qaçıb dünyanı gəzdim. Faşizmə nifrət edirəm. Ölkəmi sevirəm", - o paylaşımında deyib. Onun digər paylaşımında Rusiya və Fələstin bayraqları yer alıb.

İddiaya görə, Maykl Rusiyaya getmək fikrini Türkiyəyə səfəri zamanı dilə gətirməyə başlayıb. Maykl Moskvanın verdiyi vizanın müddəti bitməmiş Rusiyaya getməyi bacarıb və rus ordusuna qoşulub.

Seçilən
28
teleqraf.com

1Mənbələr