AZ

Aqil Hüseynzadə: Azərbaycanlı Həkimlərin Berlin Qurultayında əsas mövzulardan biri də süni intellektin tibb sahəsində tətbiqidir

Berlin, 26 aprel, AZƏRTAC

Alman-Azərbaycan Tibb İşçiləri Birliyi (DAMV) fəaliyyət göstərdiyi dörd il ərzində Almaniyada yaşayan azərbaycanlı həkimlərin şəbəkələşməsinə töhfə verib, iki ölkənin səhiyyə sistemləri arasında əlaqələrin yaradılması və möhkəmləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirib. Azərbaycanlı Həkimlərin Berlin Qurultayı da bu istiqamətdə fəaliyyətimizin növbəti mərhələsidir”.

Bu fikirləri DAMV-ın İdarə Heyətinin sədri Aqil Hüseynzadə AZƏRTAC-a açıqlamasında bildirib.

Berlin qurultayında müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı həkimlərin səhiyyə sahəsində aktual məsələlərə həsr olunmuş panel iclaslarında müzakirələr apardıqlarını qeyd edən A.Hüseynzadə deyib: “Tədbirdə diqqət yetirilən əsas mövzulardan biri də tibb sahəsində süni intellektin tətbiqi ilə bağlıdır. Bildiyiniz kimi, Prezident İlham Əliyev qısa müddət öncə Azərbaycanın süni intellekt Strategiyasını təsdiqlədi. Süni intellektin tibb sahəsində tətbiqi də müasir dövrdə çox aktual mövzulardandır. Bu baxımdan qurultayda digər məsələlərlə yanaşı, bu mövzuya da geniş diqqət yetiriləcək”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
16
1
azertag.az

2Mənbələr