BAKI, 26 aprel. TELEQRAF
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş 27-29 aprel tarixlərində Qırğızıstana səfər edəcək.
Teleqraf xəbər verir ki, TBMM sədri səfər çərçivəsində Qırğızıstan parlamentinin sədri Nurlanbek Turqunbek Uulu ilə təkbətək görüşəcək. Danışıqların yekununda iki parlament sədri parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə dair anlaşma memorandumu imzalayacaqlar.
Kurtulmuşun səfər çərçivəsində Baş nazir Adilbek Kasıməliyev və Qırğızıstan Prezidenti Sadir Japarovla görüşü gözlənilir. Danışıqlar zamanı Türkiyə-Qırğızıstan münasibətləri ilə yanaşı, qlobal və regional məsələlərin müzakirə ediləcəyi gözlənilir. TBMM sədri Kurtulmuş Bişkekdə Türkiyə Maarif Vəqfi Məktəbini ziyarət edəcək və İslam Əməkdaşlıq Gənclər Forumunun (İKGF) təşkil etdiyi “Gənclik: Türk dünyasının gələcəyi və yüksələn ulduzu” adlı konfransda çıxış edəcək. Səfər proqramı çərçivəsində Qırğızıstan-Türkiyə Manas Universiteti və Rəcəb Tayyib Ərdoğan Qırğız-Türk Dostluq Xəstəxanasını da ziyarət edəcək Kurtulmuş ölkədəki türk iş adamları ilə görüşəcək.