"Fərqlənmək üçün yenə ustalıq, incə məqamlar çatmır".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov "Zirə"yə məğlub olduqları MPL-nin XXXII tur oyunundan (0:1) sonra keçirilən mətbuat konfransında söyləyib. Gəncə təmsilçisinin çalışdırıcısı oyunu belə şərh edib:

"Zirə" ilə oyundan sonra komandamızın baş məşqçisi Azər Bağırov fikirlərini jurnalistlərlə bölüşüb: "Köklü bir komandaya qarşı oynadıq. Məncə, yaxşı mübarizə apardıq. Qol epizodlarımız da oldu. Fərqlənmək üçün yenə ustalıq, incə məqamlar çatmır. Uşaqlardan razıyam. Azarkeşlərimizə dəstəyə görə minnətdaram. Rəqibi də təbrik edirəm".