AZ

Misli Premyer Liqası: “Zirə” Tovuzda “Kəpəz”i məğlub edib

Bakı, 26 aprel, AZƏRTAC

Futbol üzrə Misli Premyer Liqasında XXXII turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, günün yeganə qarşılaşmasında “Kəpəz” Tovuz şəhər stadionunda “Zirə” ilə üz-üzə gəlib.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 64-cü dəqiqədə Salifu Suma vurub.

Bu nəticədən sonra xallarını 64-ə çatdıran “Zirə” ikinci, “Kəpəz” isə 28 xalla doqquzuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun ötən gün keçirilmiş “Turan Tovuz” - “Şamaxı” matçında 1:1 hesablı heç-heçə qeydə alınıb.

Seçilən
25
4
azertag.az

6Mənbələr