Dünən Misli premyer-liqasında “Turan Tovuz” – “Şamaxı” matçıyla start götürən 32-ci tura bu gün və sabah keçiriləcək oyunlarla yekun vurulacaq.
“CBC Sport” bütün oyunları canlı yayınlayacaq.
26 aprel
Kəpəz – Zirə 0:1
Salifu Suma, 64
“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 11:+3=4-4, 8:12.
2015/16 – 1:1, 2:0; 2016/17 – 2:0, 1:0; 2017/18 – 0:3, 0:0; 2022/23 – 1:2, 1:1; 2023/24 – 0:0, 0:1; 2024/25 – 0:4.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 25-35-40.
Hakimlər: ƏLİYAR AĞAYEV, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR hakimi: Rəvan Həmzəzadə.
VAR hakiminin köməkçisi: Cəmil Quliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Tovuz, şəhər stadionu. Saat 19.00.
Bəli, “Səbail”in bundan sonra hansısa uğurlar qazanacağına, “Kəpəz”lə 8 xallıq fərqini “əridəcəyinə” inanmaq çətindi. Lakin bu o demək deyil ki, gəncəlilər arxayınlaşa, tutnir hədəfinə çatdığını düşünə bilər. Hələ qarşıda komandaların maksimum 15 xal toplaya biləcəyi 5 tur var ki, bu üzdən yetərincə ehtiyatlı olmaq vacibdi. Əlbəttə, gəncəlilər “Şamaxı”nın meydanından məğlub ayrılan “sarı-göylər”i əfv etməyə və Tovuza yollanaraq “Zirə” kimi iddialı rəqibdən xal qoparmaq niyyətində olan komandalarına dəstək göstərməyə məcburdu. Azər Bağırov və kollektivi də işə məsuliyyətlə yanaşmalı, xal ehtiyatını artırmağa davam etməlidi. “Qartallar”a gəlincə, danışılacaq çox şey yoxdu. Qəsəbə təmsilçisi elə səviyyəyə çatıb ki, rəqib tanımır desək, yanılmarıq. İstənilən halda, qonaqlar səfərdən qələbə ilə qayıtmağa, ən pis halda “Araz-Naxçıvan”la aradakı xal fərqinin azalmamasına çalışacaq.
Bu komandalar indiyə qədər 23 dəfə qarşılaşıb. Bunların 3-də “Kəpəz”, 12-də “Zirə” qalib gəlib, 8-də hərəyə bir xal düşüb. Topların nisbətində “qartallar” öndədi – 35:17.
27 aprel
Səbail – Araz-Naxçıvan
“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: 3:+1=1-1, 3:4.
2023/24 – 1:0, 2:2; 2024/25 – 0:2.
Cəzalı: Vanderson Melo (Araz-Naxçıvan).
“Futbol+”in proqnozu: 20-30-50.
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR hakimi: İnqilab Məmmədov.
VAR hakiminin köməkçisi: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Bakı, "ASCO Arena". Saat 17.30.
İş o həddə çatıb ki, “Səbail”in artıq 1-ci liqa üçün hazırlığa başladığını, bu məqsədlə bəzi futbolçularla danışıqlar apardığı iddia edən həmkarlarımız var. Lakin hələ mövsüm bitmədiyindən bu haqda danışmaq əvəzinə “dənizçilər”in naxçıvanlıların qarşısında nəyə qadir ola biləcəyinə yer vermək daha məqsədəuyğun olar. Məsələn, Bayıl təmsilçisi bu matçda da xal itirsə, 1-ci liqaya doğru növbəti addımı reallaşdıracaq. Bu üzdən “doğma divarlar” arasındakı sınaq çox əhəmiyyətlidi. Ancaq Elvin Məmmədovun komandasının yenə bəxti gətirməyə bilər. Çünki rəqib ölkə kubokunda mübarizəni dayandıran, avrokuboklara yollanmaq üçün 3-cü pillədəki yerini möhkəmlətməyin vacibliyini dərk edən “qırmızı-ağlar”dı. Belədə Muxtar Respublika təmsilçisinin nə “bozqurd”a, nə də “dənizçilər”ə münasibətdə mərhəmətli davranacağını gözləyə bilərik.
Bu komandalar indiyə qədər 7 dəfə qarşılaşıb, hərəyə 2 dəfə qələbə qazanıblar, 3-də isə qalib müəyyənləşməyib. Topların nisbətində bərabərlik var – 8:8.
Sabah – Qarabağ
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 12:+2=3-7, 10:19.
2018/19 - 0:2, 1:1; 2019/20 – 0:1; 2020/21 – 1:2, 0:4; 2021/22 – 1:2, 0:1; 2022/23 – 0:0, 2:1; 2023/24 – 1:2, 3:2; 2024/25 – 1:1.
“Futbol+”in proqnozu: 30-30-40.
Cəzalı: yoxdu.
Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev.
VAR hakimi: Elçin Məsiyev.
VAR hakiminin köməkçisi: Pərvin Talıbov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı, “Bank Respublika Arena”. Saat 20.00.
Bəli, ölkə kubokunun finalçıları Masazırda üz-üzə gələcək. Hər iki komandanın çətin yarımfinal sınağının öhdəsindən gəldiyini nəzərə almalıyıq. Deməli, matçın gözlənilən qədər dinamik və sürətli keçməyəcəyini düşünə bilərik. Lakin burda başqa prinsipial məqam da var ki, hadisələrin axarını xeyli dəyişmək iqtidarındadı. Təxmin etdiyiniz kimi, söhbət “köhlən atlar”ın çempionluğu təmin etmək ehtimalından gedir. Düzdü, ağdamlılar qalib gəlsə, qeyd-şərtsiz məqsədinə çatacaq. İş ondadı ki, “Zirə” “Kəpəz”lə matçda uduzsa, Qurban Qurbanovun komandası meydana çempion kimi çıxacaq. İstənilən halda, “Sabah”la “Qarabağ”ın ölkə kubokunun final oyununda qarşılaşacağını nəzərə alsaq, bu matçı həm də böyük məşq kimi dəyərləndirə bilərik.
Bu komandalar indiyə qədər 26 dəfə üz-üzə gəlib. Bunların 2-də “bayquşlar”, 15-də “köhlən atlar” qələbə qazanıb, 9-da “sülh” qeydə alınıb. Topların nisbətində ağdamlılar öndədi – 49:23.
28 aprel
Sumqayıt – Neftçi
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 24:+9=3-12, 26:32.
2011/2012 – 0:3; 2012/13 – 3:2; 2013/14 – 1:2, 2:0; 2014/15 – 0:1, 0:1; 2015/16 – 1:2, 2:1; 2016/17 – 2:0, 2:0; 2017/18 – 1:0, 2:0; 2018/19 – 0:2, 1:2; 2019/20 – 2:4; 2020/21 – 0:0, 0:1; 2021/22 – 1:1, 0:2; 2022/23 – 2:2, 0:4. 2023/24 – 0:1, 2:1; 2024/25 – 2:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: FƏRİD HACIYEV, Şirməmməd Məmmədov, Teymur Teymurov, Rauf Cabbarov.
VAR hakimi: Cavid Cəlilov.
VAR hakiminin köməkçisi: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 20.00.
Evdə keçirilən 26-cı tur matçında “Kəpəz”ə böyük hesabla qalib gəlməklə (3:0) 9 oyunu əhatə edən qol və qələbə həsrətindən qurtulan “Sumqayıt” yenə “qara zolağa düşüb”. “Gənclik şəhəri”nin təmsilçisi son 4 matçda qələbə üzü görməyib. Bu üzdən “Səbail”lə “Kəpəz”in rəqiblərinə azarkeşlik etməkdən başqa çarəsi qalmayan kollektiv “Neftçi”ni məğlub etməklə turnir cədvəlindəki mövqeyini bir qədər də yaxşılaşdırmalıdı. Hər halda, sumqayıtlı azarkeşlər komandanın durumundan narazıdı. Amma bakılıların durumu daha çətindi. Onlar yalnız möcüzə sayəsində avrokuboklara yollana bilər. Bəli, “Turan Tovuz”la aradakı 13 xal fərqinin “əridilməsindən” söhbət gedir ki, bu, mümkünküz görünür. Yenə də paytaxt təmsilçisinin məlum səbəbdən yorğun olmasına baxmayaraq, qələbə uğrunda top qovacağına inanmaq olar.
Bu komandalar indiyə qədər 50 dəfə qarşılaşıb. Bunların 15-də “kimyaçılar”, 24-də “ağ-qaralar” qələbə qazanıb, 11-də qalib müəyyənləşməyib. Topların nisbətində bakılılar öndədi – 75:54.
KƏNAN BAHADIR
Bu komandaların dueliylə bağlı maraqlı məqamlar
// “Kəpəz” son 15 matçda qələbə qazanmayıb. 4 oyundu qol buraxmayan “Zirə” son 5 görüşdə qalib gəlib.
// “Araz-Naxçıvan” son 3 qarşılaşmada uduzmayıb. “Səbail” doğma meydanda son 2 matçında qələbə qazanmayıb.
// “Qarabağ” son 9 oyunda qol vurub. Son iki matç heç-heçə bitib.
// Son iki qarşılaşmada qol vuran komanda qalib gəlib. “Sumqayıt” son iki ev görüşündə qələbə qazanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta