AZ

Pakistan Hindistanla sərhədə zirehli texnika YIĞIR - VİDEO

Pakistan Hindistan sərhədinə zirehli texnika yığımını davam etdirir.

Bizim.Media xəbər verir ki, bununla bağlı video görüntülər “Telegram” kanallarında yayılıb.

Hımçinin hindlilər öz ölkələrində pakistanlı miqrantları ovlayır və qarşıdurma zamanı onları döyürlər. Londonda Pakistan Ali Komissiyasının qarşısında da Hindistan və Pakistan diasporlarının nümayəndələri arasında toqquşmalar baş verib.

Qeyd edək ki, Kəşmirdəki terror aktından sonra ölkələr arasında gərginlik artıb. Hindistan tərəfi baş verənlərə görə Pakistan hakimiyyətini günahlandırır. Aprelin 22-də naməlum silahlı şəxslər Kəşmirin Baysaran vadisində turistlərə atəş açıb. Hücum nəticəsində 25-dən çox turist həlak olub. Hücuma görə məsuliyyəti Pakistanda yerləşən Leşkər-e-Tayyiba (LeT) təşkilatı öz üzərinə götürüb.

Bizim.Media

Seçilən
14
bizim.media

1Mənbələr