Maştağada itkin düşmüş yeniyetmələr tapılıb
Maştağa qəsəbəsində itkin düşmüş şəxslər tapılıb
Operativ Media-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışa aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.
Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.