Bu gün Misli Premyer Liqasının XXXII turu üzrə bir oyun keçirilib.

Offsideplus.az xəbər verir ki, "Kəpəz" Tovuz şəhər stadionunda "Zirə"ni qəbul edib və minimal hesab ilə uduzub. Gümüş medalı təmin edən Rəşad Sadıqovun komandası xallarının sayını 64-ə çatdırıb. "Kəpəz" isə 28 xalla 9-cu yerdə qərarlaşıb.

26 aprel

“Kəpəz” – “Zirə” 0:1

Qol: Salifu Suma, 64.

Tovuz şəhər stadionu. Saat 19:00

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov

VAR: Rəvan Həmzəzadə

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Namiq Əliyev