AZ

Hindistan Pakistanla sərhəddəki yeraltı bunkerləri hazır vəziyyətə gətirdi

BAKI, 26 aprel. TELEQRAF

Hindistan Pakistanla sərhəd boyuncayeraltı bunkerləri hazır vəziyyətə gətirib.

Teleqraf xəbər verir ki, bu barədə "ANI" agentliyi məlumat yayıb.

Agentlikdən bildirilir ki, Hindistan və Pakistan arasında münaqişənin kəskinləşməsi fonunda yaxınlıqda yaşayan yerli sakinlər köhnə bunkerləri təmizləməyə və təcili yardım ehtiyatı toplamağa başlayıblar.

Bölgədə təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətindədir və yerli hakimiyyət orqanları vətəndaşları ayıq-sayıq olmağa çağırıb.

Qeyd olunur ki, bu bunkerlərin çoxu Baş nazir Narendra Modinin hakimiyyətə gəlməsindən sonra tikilib və “Modi bunkerləri” adlandırılıb.

Seçilən
7
teleqraf.com

1Mənbələr