“Barselona”nın 28 yaşlı braziliyalı ulduz hücumçusu Rafinya Səudiyyə Ərəbistanından çox sərfəli təklif aldığını bildirib.
Arena.az “TNT Sports” dərgisinin Braziliya şöbəsinə istinadən, onun müvafiq açıqlamasını təqdim edir:
“Dünən mənə Səudiyyə Ərəbistanından aldığım təklif barədə bildiriblər. Düzünü desəm, mən son dərəcədə təəccübləndim, çünki söhbət çox yüksək məbləğdən gedirdi.
Necə varsa, elə də deyəcəyəm, əgər müvafiq təklif mənə keçən il gəlsəydi, onda, mən yəqin ki, razılaşardım. O vaxt mən azacıq sınıxmışdım. Bu müqavilə mənim həyatımı, həmçinni mənim arvadımın və ailəmin həyatlarını büsbütün dəyişə bilərdi. Əksini iddia edən, yalan danışır. Müvafiq rəqəmləri görməzdən gəlmək və sənin həyatını dəyişə biləcəyi haqda düşünməmək mümkünsüzdür.
Ancaq “Barselona”da qalmaq haqda qərarım düzgün oldu.
Düşünürəm ki, mən hələ Avropada, bu klubda çox iş görməliyəm. Həmçinin, mənim, milli komandada çıxış etməyə davam etmək üçün əla imkanım var. Məhz bu, məni pullardan imtina etməyə və daha çox öz arzularım haqda düşünməyə sövq etdi”.
Rafinya “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” onu 58 milyon avro məbləğ müqabilində “Lids”dən “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rafinya “Barselona” üçün bütün yarışlarda 49 oyun keçirib, 30 qol və 23 məhsuldar ötürmə ilə fərqlənib.
Rafinyanın “Barselona” karyerası ümumilikdə 136 oyun, 50 qol və 48 məhsuldar ötürmədən ibarətdir.
Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun (2022/2023, 2024/2025) qalibi olub.
Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 33 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.