AZ

Zelim Kotsoyev Avropa ikincisi oldu

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatını gümüş medalla başa vurub.

Arena.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin üç cüdoçusu tatamiyə çıxıb.

Olimpiya çempionumuz Zelim Kotsoyev Paris-2024-dən sonra ilk sınağında uğurlu çıxış edib. Fərdi yarışların son günündə Uşanqi Kokauri və Nigar Süleymanova da mübarizə aparıblar, amma onlar medal qazana bilməyiblər.

Beləliklə, fərdi yarışların son günündə daha bir medal qazanan yığmamız Avropa çempionatını 5 medalla başa vurub. Daha əvvəl Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanmışdılar.

Xatırladaq ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edib. Yığmamız həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq. Turnirə aprelin 27-də qarışıq komanda yarışları ilə yekun vurulacaq.

Avropa çempionatı
Kişilər

100 kq
Zelim Kotsoyev mübarizəyə 2-ci mərhələdən start verib. O, startda Mixael Aristosu (Kipr), ardınca Maksims Duynovsi (Latviya) məğlub edib. Olimpiya çempionumuz yarımfinalda Anton Savitski (Ukrayna) ilə qarşılaşıb və növbəti qələbəsini qazanıb. O, finalda Paris-2024-də məğlub etdiyi gürcüstanlı İlya Sulamanidze ilə gücünü yoxlayıb. Zelim yuko fəndi ilə uduzaraq, Avropa çempionatının gümüş medalını qazanıb.

+100 kq
Uşanqi Kokauri Patrik Bronietslə (Polşa) üz-üzə gəlib. Qələbə qazanan cüdoçumuz 1/8 finalda Marius Fizellə (Slovakiya), növbəti görüşündə Recep Erginlə (Türkiyə) dueldən üstün ayrılıb. Kokauri yarımfinalda Valeri Endovitskiyə (İJF) uduzub. Təmsilçimiz Erik Abramovla (Almaniya) bürünc medal uğrunda yarışıb. Uduzan Uşanqi medal qazanmaq şansını itirib.

Qadınlar

+78
Nigar Süleymanova ilk görüşdə Sofiya Somkxişviliyə (Gürcüstan) uduzub.

Seçilən
30
arena.az

1Mənbələr