Bakıda avtobus sürücüsü piyadanı döyüb.
Xezerxeber.az-ın məlumatına görə, "BakuBus" MMC-yə məxsus 11 saylı "90 JY 786" dövlət nömrə nişanlı avtobusun sürücüsü piyada ilə mübahisəyə başlayıb. Ardınca mübahisə böyüyərək əlbəyaxa davaya çevrilib. Sürücü piyadanın üzünə yumruqla vuraraq qaşını partladıb. Əraziyə polis əməkdaşları cəlb olunublar. "BakuBus" MMC faktı təsdiqləyib və sürücünün işdən çıxarıldığı bildirilib.
Qurumdan həmin sürücünün daha öncə qəza törətməsi iddialarının yalan olduğu qeyd edilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirib ki, sürücüsünün piyadanı döyməsi faktı ilə bağlı polis orqanında təhqiqat araşdırmasına başlanılıb. Tərəflərin izahatı alınıb. Yol üstünlüyü ilə bağlı aralarında anlaşılmazlıq yarandığını bildirərək qarşılıqlı şikayətlərinin olmadığını qeyd ediblər. Hazırda araşdırma davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: