Bu gecə İspaniya Kral Kubokunun finalı üzrə "Barselona" və "Real Madrid" klubları üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, "El Klasiko" Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. "Kral klubu" yarımfinalda "Real Sosyedad"ı, Kataloniya təmsilçisi isə "Atletiko"nu (Madrid) mübarizədən kənarlaşdırıb.
Həlledici matç günü çatana qədər "Real"ın finalda iştirak edib-etməyəcəyi dəqiq deyildi. Ötən gecə rəsmi bəyanat yayan Madrid təmsilçisi "Barselona"ya qarşı oyuna çıxacaqlarını bildirdi. Son 2 gündə yaşanan hadisələri ardıcıllığı ilə təqdim edirik:
- "Real Madrid TV" oyunun hakimi ilə bağlı "Barselona"nı lehinə qərarlar verən referi" tərzində bir video yayımladı.
- Matçın baş hakimi Rikardo Burqos mətbuat konfransında videonu təndiq etdi, göz yaşlarını saxlaya bilməyərək, "oğlumu məktəbdə bullinq etdilər, ona "oğru" dedilər", sözlərini söylədi.
- Hakim Burqosun 2023-cü ildə mobil telefonunun qoburunda Leo Messinin şəklinin olması ilə bağlı görüntülər sosial mediada gündəm oldu.
- "Real Madrid" hakimin dəyişməsini istəsə də, federasiya neqativ cavab verdi.
- "Real Madrid" finalda 1 gün əvvəl keçirilməli olan mətbuat konfransına, məşqə, rəsmilər arasında şam yeməyinə qatılmadı.
- "Real Madrid" ötən gecə 2 saat ərzində 2 bəyanat yaydı: "Finalı idarə edəcək referilərin bizə qarşı ədavəti var, lakin oyundan imtina edəcəyimizdən söz gedə bilməz".
- "Barselona" klubu yaşananlarla bağlı səssiz qaldı, futbolçular "Real Madrid"in həmişəki təzyiq taktikasıdır", söylədi.
- La Liqa prezidenti Xavyer Tebas açıqlama verdi: "Real Madrid"in etdiyi etiraz deyil. Təzyiq və təhdiddir".
- "Atletiko" (Madrid) klubu açıqlama yaydı: "Bu, dözülməzdir. İspaniya futbolunun imicinə ləkə vurmağı dayandırın".
- Federasiya prezidenti Rafael Louzan isə "Real Madrid" klubu ilə 40 dəqiqəlik görüşümüz oldu, onlar hakimlərin dəyişdirilməsini istəmədilər".