"Çelsi"nin yarımmüdafiəçi Kevin De Bruyne azad agent olduqdan sonra onu geri qaytarmaq fikrində deyil.
90deqiqe.Az “The Telegraph”a istinadən xəbər verir ki, buna səbəb belçikalı və ingilis Koul Palmeri meydanda bir-birinin ehtiyat oyunçusu olması və məşqçilər korpusunun onlardan birini seçməli olmasıdır.
"Çelsi" həmçinin qeyd edib ki, De Bruyne son vaxtlar xeyli geriləyir və artıq ən yaxşı keyfiyyətlərini nümayiş etdirmir.
Bu mövsüm belçikalı futbolçu bütün klub turnirlərində 35 oyun keçirib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib. De Bruynenin "Mançester Siti" ilə hazırkı müqaviləsi 30 iyun 2025-ci ildə başa çatır və klub artıq müqaviləni uzatmayacaqlarını açıqlayıb. 33 yaşlı futbolçunun transfer dəyəri 27 milyon avrodur.