AZ

Brnoda şəhərin azad edilməsi zamanı həlak olanların xatirəsi anılıb

Praqa, 26 aprel, AZƏRTAC

Çexiyanın Cənubi Moraviya vilayətinin paytaxtı Brnoda düz 80 il əvvəl şəhərin faşistlərdən azad edilməsi zamanı həlak olanların xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, həlak olanların anım mərasimi Mərkəzi Şəhər Qəbiristanlığında keçirilib. Siyasətçilər, ordu və ictimaiyyət nümayəndələri Çex azadlıq mübarizlərinin, rumın və sovet əsgərlərinin abidələri önünə gül dəstələri qoyublar. Mərasimdə 100-ə yaxın insan iştirak edib.

Cənubi Moraviya Rumıniya qoşunlarının iştirakı ilə azad edilib. Anım mərasimində həlak olmuş Rumıniya əsgərlərinin adları oxunub. Mərasim Rumıniya hərbi orkestrinin ifasında musiqi ilə müşayiət edilib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Seçilən
10
3
azertag.az

4Mənbələr