"Sabah" Futbol Akademiyası "Azərlotereya"nın dəstəyi ilə Göygöldə uşaqlar arasında seçim aparıb.
Offsideplus.az xəbər verir ki, 24-25 apreldə Göygöl Olimpiya Kompleksində keçirilən müsabiqəyə 2009-2015-ci il təvəllüdlü 1200-ə yaxın uşaq qatılıb.
Seçim nəticəsində "Sabah"ın məşqçiləri pesrpektiv edən 60 uşağı seçiblər. Onlar Bakıda keçiriləcək final mərhələsində iştirak hüququ qazanıblar.
"Sabah"ın bu tədbiri Göygöllə yanaşı, Gəncə, Goranboy, Tərtər və digər ətraf rayonlardan gələn uşaqlar üçün əsl bayrama çevrilib. Seçimlərdə bacarığını nümayiş etdirənlərdən birinin "Arda Güler" formasında olması maraq doğurub.
Qeyd edək ki, növbəti seçim aprelin 29-30-da Lənkəranda olacaq.