"Parma"nın hücumçusu Ange-Yoan Bonni İngiltərənin "Nottingem Forest" klubunun diqqət mərkəzinə düşüb.
90deqiqe.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi 21 yaşlı futbolçunun xidmətində maraqlıdır.
İndi A Seriyasından bir neçə adı açıqlanmayan komanda fransız futbolçu uğrunda mübarizəyə qoşulub.
“Meşəçilər”in nümayəndələri qışda Bonni ilə müqavilə bağlamaq üçün cəhd göstərsələr də bu baş tutmayıb.
21 yaşlı Bonni bu mövsüm 33 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt portalı hazırda komandası aşağı liqadan 6 xal yuxarı olan futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir.