Əvəzedicilər Liqasında 32-ci turun qarşılaşmaları keçirilir.

Offsideplus.az xəbər verir ki, Tovuzda baş tutan matçda qapılara 8 qol vurub. Ev sahibi "Turan Tovuz" 5, "Şamaxı" isə 3 dəfə fərqlənib.

Cəmil Məmmədov, Fərid Cəfərov (hər ikisi "Turan Tovuz") və Nicat Xasıyev ("Şamaxı") görüşdə dubl edib. Nicat Quliyev ("Turan Tovuz") və Rəşid Rəşidov ("Şamaxı") isə hərəyə bir dəfə fərqlənib.